Hüseyn Dərya – Aynur “birliyinə” son qoyuldu

Hüseyn Dərya – Aynur “birliyinə” son qoyuldu
Uzun zamandır, Azərbaycan şou-biznesində yeni cütlük adını qazanan reper Hüseyn Dərya və onun duet ortağı Aynur Umudova birliyi dağılıb. SİA-nın məlumatına görə, daha çox sevgililəri xatırladan cütlüyün ayrılmasının səbəbini ilk olaraq Aynur açıqlayıb: "Mən barəmizdə gəzən söz-söhbətə son qoymaq istəyirəm. Yeni ili ayrılıqla qarşılamışıq, daha duet də oxumuruq. Ayrılmağımıza aramızdakı dava səbəb olub. Bundan sonra çətin ki, birlikdə nəsə iş görək".

Hüseyn Dərya isə başqa fikirdədir: "Bu, artıq belə davam edə bilməzdi. İnsan faktoru deyilən bir məsələ var. Mən Aynura görə, onlardan keçə bilməzdim. O, xanımın davranışı mənə xələl gətirirdi. Bir də mən axı necə göz yuma bilərəm ki, kimsə məndən istifadə eləsin".

Qeyd edək ki, onların cəmi bir - "Sənsən son qərarım" adlı dueti işıq üzü gördü.

Onu da xatırladaq ki, tərəflər iş birliyinə başlayandan reperin ailəsində qısqanclıq üstündə tez-tez davalar düşürdü. Hüseynin həyat yoldaşı Sona hətta boşanmaq qərarına gəlmişdi. Məlumata görə, indi reperin ailəsində hər şey yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə