Şou-biznesin küsülü tanınmışları bu şəklə görə bir araya gəldi FOTO
Müğənni Elnur Məmmədov "İnstagram" səhifəsində Naxçıvan səfərindən foto paylaşıb. SİA-nın məlumatına görə, şəkildə maraqlı məqamlar diqqət çəkib. Belə ki, ifaçıların konsert üçün getdiyi gəzintidə bir çox küsülü müğənnilər yan-yana gəlib.
İllərdir küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədovanın eyni məkanda olması nəzərdən qaçmayıb. Digər məqam isə müğənni Günay İbrahimli və Brilliant Dadaşovanın yan-yana olması olub. Bir neçə ay əvvəl Brilliant Günayın da yer aldığı şəkli yayımlayıb, onun üzünü bağlamışdı.
Şəkildə Əməkdar artist Abbas Bağırovla müğənni Elnur Məmmədovun da mehriban dayanması diqqət çəkib. Belə ki, illər əvvəl Abbas Elnurdan küsdüyünü, tədbirdə həmkarının ona "salam" vermədiyini deyib, şikayətlənmişdi. Hətta Abbas "Onun adını çəkməyin. Bununla mövzu bağlandı. Heç düzəlməyəcək də" deyərək, sərt açıqlama vermişdi. Elnur isə Abbasın onu diqqətsizlikdə günahlandırmasını qəbul etməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB