Tomas Anders Azərbaycanda FOTO

Əfsanəvi “Modern Talking” qrupunun üzvü Tomas Anders paytaxtımızın qonağıdır. SİA-nın məlumatına görə, bu barədə Əməkdar artist Ədalət Şükürov məlumat verib. Belə ki, o, sənətçi ilə fotosunu "İnstagram" səhifəsində yayımlayıb. Müğənni paylaşımına bu sözləri yazız: “Bakıya gələn əfsanəvi qonağımız Tomas Anderslə. Sonuncu dəfə keçən il Moskvada tədbirdə görüşmüşdük”.

Qeyd edək ki, “Modern Talking” qrupu 1984-cü ildə qurulub. Onlar “You're My Heart, You're My Soul” mahnısı ilə məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə