Prodüser Təranə Səmədova azadlığa çıxıb. SİA-nın məlumatına görə, bu haqda aparıcı-prodüser (Tarix Əliyev) Tolik xəbər verib. Belə ki, o, Təranənin azadlığa çıxan an lentə alınmış videosunu "İnstagram" səhifəsində paylaşıb. O, sosial şəbəkədə yayımladığı görüntülərə bu sözləri yazıb: "Allah bütün anaları balasına qovuşdursun. Təranə Səmədova bu imtahandan keçdi. Allah birdə yolun o tərəfdən salmasın. Həbsxanada keçən bir gün bəlkəm azadlığn 100 günündən çətindir. Onu da deyim ki, Təranə kefindən yox, fikirdən arıqlayıb".
Qeyd edək ki, Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB