"Brand Of Azerbaijan Awards-2019 ” mükafatının sorğuları sona çatır
"Brand Of Azerbaijan Awards - 2019 " mükafatının sorğuları sona çatır. SİA-ya təşkilat komitəsindən verilən məlumatına görə, bir çox fəaliyyət sahəsi üzrə aprel ayının 1-dən başlanmış sorğular artıq sona yaxınlaşır. Hesablanmalar bitmək üzrədir.
Yaxın günlərdə (@brandofazerbaijanawards) sosial hesablarında və kütləvi informasiya vasitələrində qaliblərin şəkil və məlumatlarını əks etdirən məlumatlar paylaşılacaq.
"Brand Of Azerbaijan Awards" "Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasiyası"nın təşkilatçılığı ilə təsis olunub.
Məlumat üçün qeyd edək ki, mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən siyasətçiləri, millət vəkillərini, icra hakimiyyətlərini, nazirlikləri və digər dövlət qurumlarını, KİV nümayəndələrini , holdinq və şirkətləri, iş adamlarını, təhsil və səhiyyə ocaqlarını, mədəniyyət və incəsənət nümayəndələrini və s. sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara "Brand Of Azerbaijan Awards" mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını təmin etməkdir.
Nəzərinizə çatdıraq ki, bu ilki mükafatlandırma tədbiri may ayının 25-də mötəbər məkanların birində təşkil olunacaq.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi "Səs İnformasiya Agentliyinə" məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB