Röya və Günay söz savaşına çıxdı

Röya və Günay söz savaşına çıxdı

Əməkdar artist Röya Ayxan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Röya efirdə müğənni Günay İbrahimlinin toy məclislərinin birində Günayın etdiyi hərəkəti xoşlamadığını deyib: "Görsəm, hansısa bir müğənni mənim ətirimdən vurur, onu istifadə etmərəm. Gedib başqa qoxu taparam. Toyda gördüm ki, Günay ətrini vurub masanın üstünə qoydu. Bizim masa ona güldü. Bu, artıq əminlik deyildi. İstədim Günaya zəng vurub deyim ki, etmə... Hamı bildi ki, sən nə işlədirsən. Hərənin öz iyi, öz fikri olmalıdır. Məsələn, bir qoxu var ki, bu, Aygün Kazımovanın iyidir. Biri çiçək, biri vanil qoxar".

Röyanın bu açıqlamasından sonra Günay "İnstagram" səhifəsində paylaşım edərək bu sözləri yazıb: "Başının üstünü ulduzlar alanda, gözlər uzaqlara dalanda, rəngli dünyana qapılanda, oyan yuxudan. Çünki səndən yuxarıda lampalar, ətrafında rəngli, süni ağaclar... Həyatlar və xəyallar".

İzləyicilər İbrahimlinin bu sözlərini Ayxana cavab olaraq yazdığını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə