Səidə: "Cəmiyyətdən elə xanımlar var ki, biz müğənnilər onların yanında yalanıq" VİDEO

Səidə: "Cəmiyyətdən elə xanımlar var ki, biz müğənnilər onların yanında yalanıq" VİDEO

Müğənni Səidə Sultan həmkarları Aysel Əlizadə və Sevda Yəhyayeva qalmaqalında onlara dəstək olmasından danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Bu söhbətlərdən nə zamandır ki, boğaza yığılmışdım. İnsanlara laboratoriya siçanları kimi yanaşırlar. Niyə biz özümüz-özümüzü vuraq? O zaman bizə düşmən lazım deyil ki...

Bu dəstəyi təşəkkür üçün etmədim. O şeyi yaşayan bir insan olaraq mənim ürəyim dözmədi dedim. Təşəkkürə qalanda isə əlbəttə ki, etdilər. O qızlar qanacaqlı xanımlardır. Biz belə şeylərə “stop” deməliyik”.

3 qızın videosu yayıldı. O xanımlar müğənni deyildi. Halbu ki, o xanımları yolda görən deyəcəkdi, ev qızlarıdır. Hər dəfə müğənniləri qınaq obyektinə çevirirlər. Amma fakt cəmiyyətdən elə xanımlar çıxdı və biz müğənnilər onların yanında yalan olduq”.

Bütün xəbərlər Facebook səhifəmizdə