Müğənni Natəvan Həbibinin fala baxmaqla arası yaxşıdır. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, bir zamanlar ona hətta cadu da ediblər. İndi isə Natəvan belə məsələlərdən uzaqdır: "Bacımla çoxlu fala baxmışam. Nə fal bilirdimsə, onların hamısını etmişik. Baxdığım fallar nəticədə çox gözəl çıxıb. Cadu var, mən də ona inanıram. Bir vaxtlar hiss edirdim ki, məndə cadu var. Çünki çox bərk xəstələnmişdim. Deyirəm, bəlkə mənə cadu ediblər?".
Söhbət zamanı müğənni bir hadisəni də yadına saldı: "Sizə bir olmuş hadisəni danışmaq istəyirəm. Bağ evimizin yanında yaşayan rəfiqəm elə-belə falçıya gedibmiş, orda da falçı deyib ki, bir qız gəlmişdi, Natəvan Həbibinin şəkilini gətirmişdi, dedi ki, ona nə isə elə. Caduya, fala inansam da, onlardan daha çox Allaha inanıram, hər gecə dua edirəm ki, sən özün məni saxla. Çalışıram ki, Allahın buyurduqlarını edim. Namaz qılmağı düşünürəm. Bu, 100 faiz olacaq. Amma buna neçə ildir ki, hazırlaşıram namaza gəlim, namaz qılım. Bu işə ciddi yanaşıram. Çünki namaza başlasam, heç vaxt atmayacağam. Allahın qəzəbinə gələ bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB