Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətova ilə ayrılma xəbəri ətrafında qalmaqal bitmir. SİA-nın məlumatına görə, məsələ ilə bağlı bu dəfə Anarın anası, professor Mahirə Quliyeva verilişlərin birində danışıb: "Onlar 22 ildir ki, evlidir. Mən oğlumun evinə 20 ildir ki, getmirəm. Elnurə və ailəsinin borcu çox idi. Hamısını da Anarın boynuna yıxırdılar. Niyə mənim oğlumun qazancını başqaları yeməlidir? Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar.
Onlar 10 ildir ki, ayrı yaşayırlar. Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. İndi də Mahiri Anarın yerinə qoyublar, maaş kartı da əllərindədir".
Mahirə Quliyeva oğlunun boşanmadan ailə qurmağa hazırlaşmasına da münasibət bildirib: "Qız tərəfdən dedilər ki, babamız ağır vəziyyətdədir, ölür. Ona görə belə alındı. Amma toy olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB