Özcan Deniz oğlunun ad gününü belə təbrik etdi FOTO

Özcan Deniz oğlunun ad gününü belə təbrik etdi FOTO

Aktyor-müğənni Özcan Denizin oğlu Kuzeyin 1 yaşı tamam olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı övladının doğum gününü qeyd edib.

Aktyor sosial media hesabında həyat yoldaşı və oğlu ilə olan fotosunu yayımlayaraq bu sözləri yazıb: "Sevgililərim mənim. Doğum günü hazırlığı ciddi işdir. Canım oğlum, xoşbəxt yaşlar".

Qeyd edək ki, Ö.Deniz 2018-ci ildə mart ayının 8-də Feyza Aktan ilə ailə qurub. Cütlüyün ötən ilin aprel ayının 30-da oğulları Kuzey dünyaya gəlib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə