Anarın yeni nişanlısı: " "Həyatım" deyə biləcəyim insanı tapdım" FOTOLAR
Xəbər verdiyimiz kimi, prodüser Anar Mədətov həyat yoldaşı Elnurə xanımdan boşanıb, Samirə adlı xanımla nişanlanıb. SİA-nın məlumatına görə, Samirə xanım ötən gün prodüser ilə baş tutan xına mərasimindən şəkillər paylaşıb və xoşbəxt olduğunu vurğulayıb: “Həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlarındır. Həyat dediyin ömür boyu “həyatım” deyə biləcəyin insanı tapdıqda başlayır. Əgər bir qadın yetərincə qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç nə yoxdur”.
Qeyd edək ki, Anar və Elnurə boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma rəsmiləşməmiş Mədətov toy hazırlıqlarına başlayıb.
Cütlüyün iki övladı var. Onların oğlu, "Qarabağ" futbol klubunun oyunçusu Mahir Mədətov atasının bu addımını qəbul etməyib və onun soyadından imtina edib. Mahir hətta "İnstagram" səhifəsində soyadını dəyişərək "Əmrəli" yazıb.
Həmin fotoları təqdim edirik:

.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB