Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı Anar Mədətovdan ayrılan eks-prodüser Elnurə Mədətovaya dəstək olub. SİA-nın məlumatına görə, o, Elnurə ilə fotosunu "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: “Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına buraxmamalıdır. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insanı, vəfalı dostu”.
Qeyd edək ki, Elnurə Mədətova və Anar Mədətov qalmaqallı şəkildə ayrılıb. Anar rəsmi boşanma olmamış Samirə adlı xanımla nişanlanıb və evlənməyə hazırlaşır. Cütlüyün oğlu “Qarabağ”ın futbolçusu Mahir Mədətov isə atasının soyadından imtina edərək, bundan sonra Əmrəli soyadı ilə oyunlara qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB