Mahir Mədətov atasını sildi

Prodüserlər Anar Mədətov və Elnurə Mədətova qalmaqallı şəkildə ayrılıb. SİA-nın məlumatına görə, Anarın oğlu "Qarabağ" futbol komandasının üzvü Mahir və həyat yoldaşı "İnstagram" səhifələrində paylaşımları ilə fikir bildiriblər: “Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməsidir”.

O, həmçinin, atası ilə bağlı bütün paylaşımları da səhifəsindən silib.

Elnurə isə sosial şəbəkədə bu sözləri yazıb: “Maya xarabdırsa, nə ar tanıyar, nə də həya”, “Kişi əgər qoyundursa, onun yanında şirin fırlanmasının əhəmiyyəti yoxdur, onsuz da o, qoyuna baxacaq”, “Mən köhnələri qısqanmıram. Anam uşaqlıqdan mənə köhnə oyuncaqlarımı uğursuz insanlara verməyimi öyrədib”.

Qeyd edək ki, Anar Mədətov Samirə adlı vizajist xanımla evlənməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə