Azərbaycanın ən modern müğənnilərindən olan, bəstəkar və aparıcı Rəhim Rəhimli ötən günlərə qayıtdı. SİA-ya açıqlama verən Rəhimin sözlərinə görə, onun zamanında Azərbaycanı tərk edib, qardaş ölkə olan Türkiyəyə üz tutması ona çox kömək oldu: "Mən hər zaman deyirəm ki, nə yaxşı Türkiyəyə getdim. Bir çox insanlar mənə deyir ki, sən Türkiyədəki 5 ilini boşuna keçirdin. Ancaq mən əksinə düşünürəm. Türkiyə mənim sanki gözümü açdı. Ora mənim bəstəkarlıq və ümumiyyətlə, musiqiçilik fəaliyyətimdə çox kömək oldu. Türkiyədə mən tək ayaq üstə dayanmağı öyrəndim. Özümün davranışımı belə dəyişdim. Çünki mən buradakı bəzi müğənnilərin özlərini aparmalarına baxıram, bir çoxları çox "şişib" və özlərini səhnədə itiriblər. Onlar artıq düşünürlər ki, ulduzdurlar və normal həyatda belə özlərini çox fərqli aparırlar. Bir çoxlarında səmimilik görmürəm, onlar özlərini apara bilmirlər. Ulduzluq həyatı onları çox parladıb. Özləri haqda çox yüksək fikirlərdədirlər, çox yüksək. Ancaq onlar düşünməsinlər ki, bu, həqiqətən də belədir. Mən yaşadım və gördüm. Ad-san, məşhurluq - bunlar hər biri gəldi-gedərdi!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB