Son günlər bir-birilərinin ünvanına təhqirlər yağdıran xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahanın rəfiqə olduqları vaxt çəkilmiş fotosu üzə çıxıb. SİA-nın məlumatına görə, həmin şəkli aparıcı Elgiz Əkbər "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Son günlər araları bir az sərinləyən Nazpəri Dostəliyevanın və Elza Seyidcahanın rəfiqə olduqları zaman çəkdirdikləri şəkil. 25 il bundan əvvəl".
Qeyd edək ki, Nazpəri ilə Elza qalmaqalı onların münsif olduqları "Azərbaycanın səsi" yarışmasında başlayıb.
Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB