Müğənni Vüqar Muradov şəxsi həyatı haqda maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı verilişlərin birində 2 aydır depressiyada olduğunu bildirib: "Yaş öz sözün deyir, immunitetim zəifləyib. Heç vaxt iynə-dərman istifadə etməmişdim. Özümə qapanmışdım, depressiyada idim. Buna səbəb toyuma iki gün qalmış sevdiyim xanımdan ayrılmağım idi.
Qızın yaxın qohumları tərəfindən problem çıxdı. Həm də anlaşmadıq. İstəmirəm, "evlənib, boşandı" adını alım. Ailə quracağım xanım ingilis, ispan, evlənib-boşanmış ola bilər. Boşanmış qadının xoşbəxt olmağa haqqı yoxdur? Elə bir qanun yoxdur ki, boşanmış biri ilə evlənmək olmaz. Belə bir şərq qanunlarından uzağam".
Qeyd edək ki, Vüqar iki dəfə toyunu təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB