Türkiyə gözəli oğlunun adını sinəsinə yazdıracaq

Türkiyə gözəli oğlunun adını sinəsinə yazdıracaq

Keçmiş Türkiyə gözəli Azra Akın, maraqlı addımı ilə Türkiyə mediyasının gündəminə gəlib. Belə ki, bu xanım oğlunun adını urəyinin üstünə yazdırmaq istəyir. O, 4,5 aylıq oğlu Dəmirin adını daşımaq üçün artıq tatu ustasıyla görüşərək, yazının stilini də seçib. Qeyd edək ki, 2002-ci ildə Türkiyə və Kainat gözəli seçilən Azra Akın 2017-ci ildə 4 illik sevgilisi Atakan Koru ilə evlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə