Oksana: "Elşadla evlənməyim səhv idi" VİDEO

Oksana: "Elşadla evlənməyim səhv idi" VİDEO

Rəqqasə Oksana Rəsulova rejissor Nail Naiboğlunun layihə rəhbəri və aparıcısı olduğu verilişin bu dəfəki qonağı rəqqasə Oksana Rəsulova olub. SİA-nın məlumatına görə, Oksana rəqqasələr haqda ilginc açıqlama verib: "Hər zaman efirlərdə demişəm ki, məni rəqqasə olaraq təqdim etməyin. Çünki "rəqqasə" sözünü alçaldıblar. Ona görə də bütün proqram aparıcılarına demişəm ki, məni hind rəqslərinin mahir ifaçısı kimi dəvət etsinlər".

Rəqqsə hamiləliyini hamıdan gizlətməsinin səbəbini də açıqlayıb: "Planlaşdırmışdım ki, hamilə və ana olmağımı hər kəsdən gizlədim. Lakin planım istədiyim kimi baş tutmadı. Belə ki, hamiləliyimin altıncı ayında tibb işçiləri tərəfindən media nümayəndələrinə xəbər ötürüldü. Ana olacağımı hər kəs bildi".

Oksana yaxşı ana olmaq üçün əlindən gələni əsirgəmədiyini də bildirib: "Çalışıram ki, oğlum Osmana yaxşı ana olum. O, mənimlə hər zaman qürur duysun".

O, keçmiş həyat yoldaşı reper Elşad Xose haqqında da danışıb: "Elşadla evlənməyim həm səhv, həm də qismətdir. Bu evlilik olmamalı idi. Əsas odur ki, bundan sonra səhv etməyim".

Bütün xəbərlər Facebook səhifəmizdə