Rəqsanə İsmayılovanın anasının səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib: "Ana kəlməsi mənim ən həssas yerimdir. Onsuz həyatı təsəvvür belə edə bilmirəm. Anam Türkiyədə çətin bir əməliyyata hazırlanır. Ürək əməliyyatı olacaq. Allahıma yalvarıram, anamın nəfəsini bizə çox görmə. Anam bizim dünyamızdır. Zəhmətkeş, hər əzaba dözən, bizə görə qara saçını ağ edən anam... Bu günə qədər qaldırdığın yükü, çəkdiyin dərdlərə hansı ürək dayanardı ki... Anam bizim həm atamız, həm anamız olub. Boğazımda sözlər düyünlənib, Allah köməyimiz olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB