Rəmiş: "Sevgilim gitaram və həyat yoldaşımdır" MÜSAHİBƏ+VİDEO
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) rejissor Nail Naiboğlunun layihə rəhbəri olduğu verilişdə iştirak edib. SİA-nın məlumatına görə, gitara ifaçısı Nailin suallarını cavablandırıb.
- Qalmaqal etməyi xoşlayırsınız?
- Qətiyyən. Onu da deyim ki, hazırda fəaliyyət göstərən gitara ifaçılarının müəllimi mənəm. Mən gitaranı danışdırmasaydım onlar da bu gün musiqi sənətində yox idi.
- Bu vaxta qədər klip çəkdirməməyinizin səbəbi nədir?
- Bir çox məşhurlar klip çəkdirir ki, tanınmış olsun. Amma mənim buna ehtiyyacım yoxdur. Çünki məni bütün dünya tanıyır.
- Elə bir toy olub ki, sonda pulunuzu verməsinlər?
- Başıma belə hadisələr çox gəlib. Çünki heç kimlə məbləğ danışmıram.
- Üç sözlə özünüzü necə təqdim edərdiniz?
- Xalqın sevilən sənətkarı...
- Diqqətə yoxsa pula ehtiyyacınız var?
- Çox pul nəyə lazımdır? İmkanlı olsan gərək hər yerə mühafizəçi ilə gedəsən. Mənə dövlətimizin, xalqın diqqəti lazımdır.
- Xəsis yoxsa əliaçıq sənətçilərdənsiniz?
-İmkanlı xalq artisti olsaydım, xəstə uşaqların müalicə pullarını qarşılıyardım.
- İnanclara inanırsınız?
- Mən yox, amma xanımım inanır.
- İlk sevgilinizi xatırlayırsınızmı?
- Sevgilim gitaram və həyat yoldaşımdır. Amma yeni sevgili tapsanız qəbul edərəm (gülür).
- Gülü xanımla necə tanış olmusunuz?
- Həyat yoldaşımın atası mənim tar müəllimim olub. O zaman Gülü bağçaya gedirdi. Yəni çox balaca idi. Gülü məni 4-5 yaşından tanıyır. Xanımım başıma işlər gələndən sonra mənə sahib çıxdı. O, olmasaydı mən hazırda həyatda deyildim. Pis vərdişlərə qurşanmışdım. Gülü həyatımda olandan sonra hər şeyə son qoydum. Həyatımda yeni səhifələr açdım.
- Həyat yoldaşınızdan inciyəndə ilk barışıq addımını kim atır?
- Bir-birimizə qarşı kinli deyilik. Amma Gülü məndən başqa küsdüyü insanlardan barışmır.
- Seçim qarşısında qalsaydınız Gülü xanımı yoxsa gitaranızı seçərdiniz?
- Əlbəttdə ki, həyat yoldaşımı seçərdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB