Brilliant Dadaşova İlhamə Quliyevadan danışdı

Brilliant Dadaşova İlhamə Quliyevadan danışdı

Xalq artisti Brilliant Dadaşova illərdir küsülü olduğu həmkarı İlhamə Quliyevadan danışıb. SİA-nın məlumatına görə,

"İlhamə Quliyeva üçün ürəyim gedirdi. Uşaqlıqda heyranlıqla ona baxırdım. Bacılarım filmə baxmaq istəyirdi, mənimlə dava edirdi, amma qoymurdum. Ancaq mən İlhamə Quliyevanın iştirak etdiyi efirləri izləyirdim.

Böyüdüm, onu verilişlərimə çağırdım, efirlərdə onu tərifləyirdim. Amma İlhamə telekanalın rəhbərinə deyirdi ki, verilişini bağla. Ailəli qadınam, suyu üfürə-üfürə içirəm".

Aparıcı-prodüser Tarix Əliyev Dadaşovanın başına tac qoymaq istəyib. Müğənni isə buna imkan verməyib. O, "İlhamə Quliyevanı çox sevirdim. Sənətkar kimi tayı-bərabəri yox idi. Amma çox pis tendensiyadır bu tac" sözlərini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə