Baxıcı Yeganə Zeynalova əməliyyat keçirib

Baxıcı Yeganə Zeynalova əməliyyat keçirib
Baxıcı Yeganə Zeynalova paytaxtın Mərkəzi Kliniki Xəxtəxanasında cərrahiyyə əməliyyatı keçirib. Həkimlər baxıcının öd kisəsində 15 daş aşkar ediblər. Ehtimal olunur ki, Yeganə xanımın ödünü çıxaracaqlar. Hələ əməliyyata girməmişdən öncə SİA-ya açıqlama verən öncəgörücü, başına gələn bu hadisəni sırf xəstələnməsi ilə bağladı: "Bəzi tanışlarım zəng vurub deyirlər ki, bəlkə sənə hansısa baxıcı cadu edib. Məhz o səbəbdən səhhətində problemlər var. Onların bu söylədikləri məndə yalnız gülüş doğurur. Çünki, mən də adi insanam və xəstələnməkdən özümü sığorta edə bilmərəm. Həmişə demişəm, bir daha da təkrarlayıram ki, göydə Allah, yerdə həkimlərimiz. Əgər insanın canında ağrılar varsa, Allah dərmanını da verib. Şəfa tapmaq üçün ekstrasenslərə yox, yalnız həkimlərə müraciət etmək lazımdır. Ümid edirəm ki, əməliyyat yaxşı keçəcək və həkimlərin köməkliyi sayəsində sağlamlığımı yenidən bərpa edəcəyəm. Odur ki, bəzi bədxahlarım sevinməsinlər" - Yeganə Zeynalova deyib.

Bu gün günorta saatlarında, öncəgörücünün əhvalınının necə olduğunu, əməliyyat haqda məlumatlar öyrənməkdən ötrü Yeganə xanımın bacısı ilə əlaqə saxladıq. SİA-ya danışan Xalidə Kərimova bildirdi ki, əməliyyat gözlənildiyindən də uğurlu keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə