Azərbaycanlı müğənni evlənir? FOTO

Azərbaycanlı müğənni evlənir? FOTO

Müğənni-aktyor Orxan Babazadə hər kəsin marağına səbəb olacaq "İnstagram" səhifəsində foto paylaşıb. SİA-nın məlumatına görə, o, şəkildə bəylik kostyumunda gəlinlə birgədir. Orxan fotoda gəlinin üzünü gizli saxlayıb.

Babazadə sözügedən şəkli sosial şəbəkədə yayımlayaraq "Allah hər kəsə toy qismət etsin" sözlərini yazıb.

Onun bu paylaşımı izləyicilərini çaşdırıb. Belə ki, izləyicilərin bir qismi O.Babazadənin həqiqətən evləndiyini, digərləri isə çəkildiyi serialın çəkilişləri üçün belə bir şəkli lentə aldırdığını qeyd ediblər.

Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə