Tacir: "Atam 76 yaşında evləndi, bir oğlu da oldu"

Tacir: "Atam 76 yaşında evləndi, bir oğlu da oldu"

Müğənni Tacir Şahmalıoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, şəxsi həyatı haqda maraqlı açıqlama verib.

Aparıcı Zaur Kamal ifaçıya "Uşaq oldu, yoxsa yox? Oğlunu evləndirəcək yaşdasan, ata olacaqsan. 22 ildən sonra ağ saçına yaraşır" sözlərini deyib.

Sənətçi isə aparıcıya belə cavab verib: "Adını Ömürcan qoyacam. Dünyaya gəlməsinə 1 ay vaxt qalıb. Cinayət etmişəm? Atam 76 yaşında evləndi, bir oğlu da oldu. Övladın nə ziyanı var? Dörd-beş arvad almaq lazımdır ki, uşağın çox olsun. Hətta müsəlman dünyasının qanununda var".

Bütün xəbərlər Facebook səhifəmizdə