"Maşın" şounun sonuncu buraxılışının qalibi Xəyalə Quliyeva ilk dəfə avtomobilini sürüb. SİA-nın məlumatına görə, aktrisa deyib ki, sürücülük vəsiqəsi olmadığı üçün neçə aydır maşını istifadə etmir.
O, artıq sürücülük vəsiqəsi aldığını və ilk dəfə maşını özü idarə edərək çəkilişə gəldiyini vurğulayıb: "Maşın yanvardan məndə olsa da, sürücülük vəsiqəm olmadığı üçün sərbəst sürə bilmirdim. Vəsiqəmi aldım və ilk çəkilişə sürdüm. 10 dərsə sərbəst sürməyi öyrəndim".
Xəyalənin "99 XG 949" dövlət nömrə nişanı da diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB