Afətdən Samirə: "Azərbaycan dilində oxumağı öyrən, ingiliscə ulama" VİDEO

Afətdən Samirə: "Azərbaycan dilində oxumağı öyrən, ingiliscə ulama" VİDEO

Müğənni Samir Cavadzadə saytlardan birinə “Onlar yaxşı insan olsaydılar, Azərbaycan musiqisini korlamazdılar” sözlərini deməsi böyük səs-küyə səbəb olub. SİA-nın məlumatına görə, onun bu fikirləri həmkarı Afət Fərmanqızı tərəfindən xoş qarşılanmayıb. olub.

Afət "İnstagram" səhifəsində video paylaşaraq, Samirin ünvanına xoşagəlməz sözlər deyib: "İt əl çəkir, motal əl çəkmir. Afət neçə gündür heç kimə cavab vermir, "İnstagram" sönüb. Bir nəfərin adını çəkmirəm. Çünki o da ad çəkməyib. Deyir ki, biz Azərbaycan musiqisini korlayırıq. Əvvəlcə sən Azərbaycan dilində oxumağı öyrən, ingilis dilində bir mahnı ulamısan. O da oxumaq demək deyil. Sənin bu mövzuda söz deməyə haqqın çatmır. Sən və mən gəl, xalqın içərisinə çıxaq, əgər sənin bir mahnının adını bilsələr, onda mən oxumayacam”.

Fərmanqızına həmkarı Şəbnəm Tovuzlu da dəstək olub. O, “Bəli, bacı. Motallar bizdən nə istəyir, bilmirəm. Yaxşısı budur ki, biz işimizlə məşğul olaq” deyə, fikir yazıb.

Afət Şəbnəmin rəyini cavabsız qoymayıb.

“İt hürər, Afət və Şəbnəm “qalik” sürər” deyə, müğənni yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə