Namiq: "Yenidən əməliyyat olunacam"

Namiq: "Yenidən əməliyyat olunacam"

Uzun müddət bundan öncə ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb: "Hazırda əsa ilə gəzirəm. Amma bir neçə ay bundan qabaq yaxşılaşmışdım. Uzun yol getdim, maşını özüm sürdüm. Sonra bağda işlədim, ayağım yenidən ağrıdı. May ayında əməliyyat olunacam. Ayağımdakı dəmirlər çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə