Rüfətə görə televiziya işçiləri efirə buraxılmadı VİDEOLAR

Rüfətə görə televiziya işçiləri efirə buraxılmadı VİDEOLAR

Xəbər verdiyimiz kimi, “Space” telekanalının səhər verilişində biabırçı hadisə baş verib. SİA-nın məlumatına görə, əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda gözlənilməz məqam yaşanıb. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədib. Səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün Rüfətin səsi canlı yayımda əks olunub.

Sənətçi sözügedən video ilə bağlı açıqlama verib: "Bu video montaj olunub. Kimsə mənimlə zarafat və ya düşmənçilik etmək istəyib. Amma heç də yaxşı alınmayıb. Sözügedən görüntüləri montaj edib, yayanlara ayıb olsun!"

Nəzərinizə çatdıraq ki, sözügedən biabırçılığa görə “Space” telekanalında böyük problemlər yaşanıb. Belə ki, telekanalın bir çox əməkdaşı işdən uzaqlaşdırılıb. Səs rejissoru Etibar Mustafayev işdən çıxarılıb. Verilişin aparıcısı Anar Vaqifoğlu isə efirə buraxılmayıb. Onun əvəzinə proqramı əməkdar artist Çingiz Əhmədov idarə edib.

Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə