Müğənni Elton Hüseynəliyev ailəsi ilə birlikdə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçiylə eyni proqramda əməkdar artist Elza Seyidcahan da olub.
Elton Elzaya efir zamanı gözlənilməz sözlər deyib: "Bəstəkar kimi möhtəşəmsiniz. İfaçı kimi isə yaxşısınız. Siz ilhamla yazırsınız. Açıq deyirəm, inciməyin, efirdə olduğunuz kimi tanınmırsınız. İnsanlar sizə qıcıq olur. Bu da düzələcək. Əslində siz ürəyitəmizsiniz. İnsanlar var efirdə düşünüb danışır. Camaat elə bilir biz normalıq, amma yox, biz anormal insanlarıq.
Sənət aləmində kim necə insandır artıq bilirik. İllərlə efirdə insanların rəğbətini qazanan, ola bilsin ki, həyatda yaxşı biri deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB