Afət Fərmanqızı: "Avtomobilimi özüm almışam, hədiyyə deyil" VİDEO

Afət Fərmanqızı: "Avtomobilimi özüm almışam, hədiyyə deyil" VİDEO

Günlərdir "Pencu şeş" mahnısı və bahalı avtomobili ilə müzakirələrə səbəb olan müğənni Afət Fərmanqızına meyxana həsr edilib. SİA-nın məlumatına görə, ifaçı meyxana haqda fikirlərini bildirib: "Mənə meyxana həsr ediblər. Amma maşınım heç kim tərəfindən hədiyyə olunmayıb. Avtomobilimi özüm almışam. Sadəcə olaraq maşını almaq üçün bir az pulum əksik idi. Həmin məbləği ödəyiblər. Bahalı avtomobil idarə etməyim kimlərisə narahat edirsə, həmin kəsə Allah şəfa versin. Bəzi müğənnilərə evlər, maşınlar hədiyyə olunurb Nəsə demək fikriniz varsa, onlara "dil uzadın". Amma çoxları heç kimə heç nə deyə bilmir. Çünki hünərləri çatmır".

Bütün xəbərlər Facebook səhifəmizdə