Müğənni Xatirə İslam "İnstagram" səhifəsində yeni fotosunu yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı şəklinə bu sözləri yazıb: "Mən güclü qadınam. Qəlbimdəki kirli adları sildim. Özümü sakitləşdirmək yerinə, gerçəkləri yaşamağı öyrəndim. Adam olmayanlara adam kimi davranmaqdan əl çəkdim. Heç kimə zorla gerçəkləri öyrədə bilməzsən. Unutmağı deyil, xatırladıqlarımdan və mənə edilənlərdən dərs almağı seçdim. Olanlara qarşı susmağı, görməməyi və ardından yol verməyi öyrəndim. Həyatınızdan sizə dəyər verməyən insanları təcili çıxardın".
İfaçının bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilməyib. İzləyicilərin diqqətini sənətçinin sinə dekoltesi çəkib. Xatirə şərh bölümünü bağlayaraq tənqidlərin qarşısını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB