"Qızıma görə Könüllə birgə xəstəxənada idik" AÇIQLAMA

"Qızıma görə Könüllə birgə xəstəxənada idik" AÇIQLAMA

Aparıcı Könül Muxtarovanın və aktyor Elçin Məmmədlinin qızı İncinin səhhətində problem yaranıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Qızım bu gün burun-boğaz əməliyyatı olundu. Hazırda İncinin vəziyyəti yaxşıdır".

Elçin bildirib ki, əməliyyat zamanı qızının yanında eks xanımı Könül Muxtarova da olub: "Könül də İnci əməliyyat olunan zaman xəstəxanada idi. Hətta biz xəstəxanada olan zaman bəzi jurnalistlər şəkillərimizi çəkdi. Bu mənim şəxsi həyatım üçün problem deyil. İndiki xanımım tərəfindən də pis qarşılanmır. Çünki xəstəxanaya qızım üçün getmişəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə