Emin "Jara"nı Dubayda keçirəcək

Xalq artisti Emin Ağalarov tərəfindən təşkil edilən məşhur "Jara" beynəlxalq musiqi festivalı bu dəfə Birləşmiş Ərəb Əmirliyində keçiriləcək. SİA-nın məlumatına görə, tədbir mayın 3-də Dubay şəhərində nəzərdə tutulub.

Bu haqda festivalın rəsmi "İnstagram" səhifəsində xəbər yerləşdirilib. Konsertdə Eminlə yanaşı Leonit Aqutin, Olqa Buzova, Qriqori Leps, Valeriya, Yulianna Karaulova, Albina Canabayeva, “Vremya i Steklo”, “Artik & Asti” və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, "Jara" festivalı yayda Bakıda da keçiriləcək. Tədbir iyulun 25, 26, 27, 28-də planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə