Məşhurlar sağlamlıq imkanları məhdud olan uşaqlarla bir arada FOTOLAR

Məşhurlar sağlamlıq imkanları məhdud olan uşaqlarla bir arada FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisəsində Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə müğənnilər Nüşabə Musayeva, Səma Abdullayeva, Ülkər Yaşar qızı və Rasim Səfərin ifasında bir-birindən gözəl musiqilər təqdim edilib. Müğənnilərin ifaları uşaqlarda xoş təsürrat yaradıb.

Qeyd edək ki, ölkəmizdə belə tədbirlərin keçirilməsində məqsəd autizmdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə dəstək olmaq, aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə