Müğənnini döyən Ceyhun: "İt hürər, karvan keçər" VİDEO + FOTOLAR
Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur “Faktor-2” qrupunun solisti İlya Podstrelov Moskvada hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bildirilir ki, ona hücum edən şəxs Ceyhun Pirverdiyevdir. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.
Ceyhun məsələyə "İnstagram" səhifəsində münasibət bildirib. O, öz şəklini paylaşaraq İlyanı işarələyib və "Məhkəmədə görüşərik" sözlərini yazıb.
Ceyhun hekayə bölümündə bu sözləri də qeyd edib: "İlk dəfədir ki, bu qədər neqativ mesajlar alıram. İnsanlar məsələnin əsl üzünü bilmədən mövzuya başını soxur. İt hürər, karvan keçər".
Stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğlu olan Ceyhun dava zamanı özünün də xəsarət aldığını bildirib.
Qeyd edək ki, Ceyhun nahar etdiyi restoranda İlyanın qadına şiddəti təbliğ edən mahnı oxumasına əsəbiləşib. O, İlyanın otağına gedərək, onunla dava edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB