Ekstrasens Bayram Nurlunun ölüm xəbəri yayılıb. SİA-nın məlumatına görə, Gürcüstanda olan Bayram haqqında yayılan xoşagəlməz xəbərə münasibət bildirib: "Gürcüstana gəlirdim. İnternet resuslarından oxudum ki, ölüm xəbərim yayılıb. Bu məlumata görə ailə üzvlərim, dostlarım, tanışlarım narahat oldu. Telefonlarım bayaqdan susmur. Hər kəs mənimlə əlaqə saxlayaraq səhhətimlə maraqlanır. Bu cür gündəmdə qalmaq mənə lazım deyil. Bu xəbəri yayanı Allaha həvalə edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB