Müğənni Günay İbrahimli “Min bir gecə” adlı yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstənin sözləri Həsən Babayev, musiqisi Fərid Kərimliyə məxsusdur. Günay bildirib ki, bu mahnısı da sevgidən bəhs edir: “Bunu da digər mahnılarım kimi ürəkdən oxumuşam və aşiq olmuşam. Tam havanın mahnısıdır. Sevənlər, sevmək istəyənlər dinləsin, zövq alsın. Uğur qazanacağına inanıram. İnanın, elə bir dövrə gəlmişik ki, estradanı yaşatmaq üçün savaşırıq”.
Qeyd edək ki, bəstənin aranjimanı Elvin İmanova aiddir. Fotoların müəllifi Fərhad Əli, “cover” isə Ramil Quliyevdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB