Xatirəyə qarşı saxtakarlıq etdilər FOTO

Xatirəyə qarşı saxtakarlıq etdilər FOTO

Müğənni Xatirə İslamın başına iş gəlib. Belə ki, bir çox arıqlama məhsulları satan şirkətlər onun fotolarından istifadə edib. SİA-nın məlumatına görə, sənətçi bu haqda özü xəbər verib: "Bir çox səhifələr var ki, şəklimi böyüdüb paylaşır və xanımlarımı aldadır. Hamı bilir ki, liposaksiya əməliyyatı etdirmişəm, dərman içməmişəm. Ola bilər səhifəmdə hansısa məhsulu reklam edim, amma istifadə etmirəm. Məhsulu satmaq üçün şəklimi yerləşdirib "Xatirə İslam bu boyda idi, biz arıqlatdıq" yazanlarla bağlı tədbir görüləcək. Kompleksli deyiləm, insan kök də olar, arıqlayar da. Amma adamın şəklini o hala salıb, biz arıqlatdıq demək olmaz".

Qeyd edək ki, Xatirə bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, artıq piylərdən xilas olub.

Bütün xəbərlər Facebook səhifəmizdə