Müğənni Elvin Abdullayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, bildirib ki, sosial şəbəkədə ünvanına nalayiq sözlər yazan izləyicini polisə verib: "Məni izləyici "İnstagram" səhifəmdə təhqir etdi. Amma mən təhqir olunası insan deyiləm. Bütün günü efirdəsən, sosiallaşman normaldır. Heç etmədiyim halda mənə söyüş söyüb. Kimləsə işi olan adam deyiləm. Onu polisə şikayət etdim. Məlum oldu ki, həmin şəxs Şərurda yaşayır.
Onu bölməyə çağırdılar. Polislər mənə dedilər ki, nə edək? Dedim, buraxın getsin. Zəng vurdum ki, mənimlə problemin nədir, niyə söyürsən? And içdi ki, başqa məşhura yazırdım, səhv olub. Üzr istədi, mən də heç nə etmədim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB