Müğənni Nura Suri body ilə etdirdiyi fotosessiyasından danışıb. SİA-nın məlumatına görə, ifaçı bu cür geyimdə şəkillər çəkdirdiyi üçün onu qınayanlara cavab verib: "Body ilə fotosessiya etdirəndə bəzi saytlar yazmır ki, "Bədəni nə gündədir". Yazırlar ki, "Üç oğul anasıdır". Paltarımın şəxsiyyətimə, analığıma nə adiyyatı var? Xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan da açıq-saçıq paltarlardan istifadə edirlər. Hətta dünya ulduzu Beyonce kliplərində soyunur. O, təbii ki, gündəmə gəlmək üçün bu addımı atmır. Çünki onun sənəti göz qabağındadır. Beyoncenin həyat yoldaşı, uşaqları da var. Sadəcə, səhnə bunu tələb edir deyə body geyinib fotosessiya etdirmişəm. Həmin geyimlə küçədə gəzmirəm ki.. Dünya ulduzları bodydə konsertlər verir. Burada nə qəbahətli iş var?".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB