Müğənni restoranın pilləkənlərindən yıxıldı VİDEO

Müğənni restoranın pilləkənlərindən yıxıldı VİDEO

Müğənni Səbinə Selcan restoranların birinin pilləkənlərindən düşərkən yıxılıb. SİA-nın məlumatına görə, həmin anı jurnalistlər tərəfindən kameraya çəkilib. İfaçıya sənət dostları ilkin tibbi yardım göstəriblər. Aldığı xəsarətdən sonra Səbinə Selcan ilk reyslə Türkiyəyə yola düşüb.

Müğənni xəstəxanada müayinə olunduqdan sonra səhhəti haqqında özü məlumat verib: "Hələ də o anın qorxusu məni gecələr yatmağa qoymur. Baxmayaraq ki, bu hadisədən neçə gün ötüb. Amma hələ də ağır ağrıkəsici dərmanlar içirəm. İstanbulda bir gecə xəstəxanada qaldım. Hadisə zamanı başımdan travma aldım. Qolum çıxdı, ayağım əzildi, üzüm zədələndi, qulağım, gözüm tutuldu, barmaqlarım qırıldı. Həkimlərin dediyinə görə şah damarım da qırıla bilərmiş. Həkimlər bundan sonra mənə diqqətli olmağı məsləhət görürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə