"İlhamənin sağlığında Floradan qorxurdular, indi kraliça ediblər"

"İlhamənin sağlığında Floradan qorxurdular, indi kraliça ediblər"

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında baş verən qalmaqaldan danışıb. SİA-nın məlumatına görə, Tolik proqramında xalq artistini müdafiə edənləri qınayıb: "İlhamənin vaxtında Floraya kraliça deyə bilməyənlər, indi onu kraliça ediblər. Afəti yox, Flora Kərimovanı izləyin. "İnstagram"ında 1 milyon izləyici edin.

İllərlə efirə çıxmadı, amma xalq onun mahnılarını dinlədi. Ona görə də bu gün elə çıxışlar etmək lazım deyil.

3 aydır Flora xanımla Afət arasında dava gedir. Heç kim onu dəstəkləmirdi. Brilliant Dadaşova çıxıb Flora Kərimovanı dəstəkləyəndən sonra hamı başladı paylaşım etməyə. Bunu ondan əvvəl edərdiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə