Vasif: "Xatun toyda açıq geyindiyi üçün oxumağa qoymadım" VİDEO

Vasif: "Xatun toyda açıq geyindiyi üçün oxumağa qoymadım" VİDEO

Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva verilişlərin birində iştirak ediblər. SİA-nın məlumatına görə, Vasif proqramda bildirib ki, Xatunla birlikdə çalışdıqları vaxtda ona açıq geyinməyə imkan vermirdi: "Xatun mənlə işləyən vaxtlar maraqlı hadisə oldu. Birlikdə toya getmişik. O, əynində açıq paltarla restorana gəldi. Dedim, bu nə geyimdir? Normal geyin, açıq-saçıqdır, ayıbdır. Onu həmin gün oxumağa qoymadım.

Səhəri gün eyni yerdə toyumuz var idi. O, sözügedən məclisə başında əməkdar artist Tünzalə Ağayevanın bağladığı kimi qara çalma, qapqara bağlı libas vardı. Dedim, bu nədi? Qayıtdı ki, dünən açıqdır dedin, indi də qapandım. Necə əsəbiləşdimsə, dedim, oxumayacaqsan".

Bütün xəbərlər Facebook səhifəmizdə