Namiqin Aydının yasında biyabırçı hərəkəti VİDEO

Namiqin Aydının yasında biyabırçı hərəkəti VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl meyxanaçı Aydın Xırdalanlı vəfat edib. SİA-nın məlumatına görə, qaraciyər sirrozundan əziyyət çəkən mərhumun yas mərasimində meyxanaçılar yer alıblar.

Meyxanaçı Namiq Qaraçuxurlu yas mərasimindən video çəkərək "İnstagram" səhifəsində yayımlayıb. Onun bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Səhifələrdə yayımlanan videolarda izləyicilər Namiqin ünvanına "Yeni dəbdir? Toyu başa düşdük, yası da reklam edirlər? Bunu niyə çəkib paylaşırsınız?" kimi şərhlər yazıblar.

Qeyd edək ki, bundan əvvəl müğənni Nazənin də qardaşının yas mərasimindən video yayımlamışdı. Onun bu hərəkəti tənqid edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə