Hüsniyə Vyentyan bazarında: "Milçək, yetim-yesir, dilənən..." FOTOLAR
Aparıcı Hüsniyə Məhərrəmova Hind-Çin yarımadasında yerləşən Laosun paytaxtı Vyentyana yollanıb. SİA-nın məlumatına görə, şəhərin bazarına yollanan aparıcı oradan fotolar yayımlayıb. O, paylaşımına bu sözləri yazıb: “Bu gün bazarlığa getmişdim – Vyentyanın “Yaşıl bazar”ına. İy, qoxu, üfunət... Hoppanan, uçan, yeriyən, sürünən... Meyvə, tərəvəz, ət, göyərti..
Satan, alan, dilənən, baxan... Toz-torpaq, milçək, antisanitariya... Kasıb-varlı, yetim-yesir...
Həyat! Burada əsl həyat var. Bəzək-düzəksiz, qlamursuz – doğru və səmimi!”.
Qeyd edək ki, Vyentyan şəhərinin əhalisi 750 min nəfərdir.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB