Dilarə Kazımova gəncləri bir araya gətirdi VİDEO

Müğənni Dilarə Kazımova və Novruz Bayramı günlərində gəncləri bir araya gətirib. SİA-nın məlumatına görə, ifaçı bayram münasibəti ilə İçərişəhərdə flaşmob keçirib.

Sosial aksiyada Dilarəyə Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) üzvü olan 200 nəfərdən ibarət gənc dəstək olub. Onlar birlikdə “Novruz gəlir, yaz gəlir” mahnısını yeni aranjemanda ifa ediblər.

Bununla da, Dilarə Kazımova bir neçə gündür paytaxtımızda davam edən Novruz şənliklərinə təntənəli bağlanış mərasimi edib.

Qeyd edək ki, “Novruz gəlir, yaz gəlir” mahnısının yeni aranjemanı Muxtar Abseynova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə