Elnur niyə efirlərdən uzaq düşüb?

Uzun müddətdir televiziya məkanlarından uzaq düşən müğənni Elnur Məmmədov yenidən efirə çıxıb. SİA-nın məlumatına görə, ifaçı proqramların birində özünə qadağa qoyduğunu deyib: "Efirlərə getməkdən qorxuram. Kiminsə xətrinə dəyməkdən çəkinirəm. Jurnalistikadan xəbəri olmayanlar aparıcılıq edirlər. Deyirəm, nəsə söyləyəcək, sərt cavab verib xətrinə dəyəcəm.

Söz vermişəm ki, ancaq əsgərlər qarşısındakı konsertlərə çıxacam. Efirlərə marağım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə