“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı “Truth” mahnısına və klipinə gələn rəylərdən danışıb: "Xoşbəxt olmayan, problemi olan insanlar var, neqativi başqalarına ötürmək istəyirlər. Mən isə mənfi rəylərə fikir vermirəm.
Vətən oğlu kimi demək istəyirəm ki, dəstəyinizə ehtiyacım var. Dua etsələr, pozitiv enerjisini göndərsələr, mənə dəstək olarlar. Uğursuzluğumuzu istəyənlər çoxdur. Bir olaq, pozitiv olaq”.
Qeyd edək ki, ifaçı Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB