Rusiya estradasının parlaq simaları sevgililər gününü Azərbaycanda qeyd edəcəklər

Rusiya estradasının parlaq simaları sevgililər gününü Azərbaycanda qeyd edəcəklər
14 fevral tarixində Bakıda Rusiyanın ən məşhur simalarından olan müğənnilər Leolid Aqutin və onun uzun illər duet ortağı həmçinin sevgilisi olan Anjelika Varum solo konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın məlumatına görə, konsert proqramın sevgililər gününə təsadüf etməsi elə-belə deyil. Hər iki müğənni Bakı tamaşaçısının qarşısına xüsusi ilə də sevənlərin görüşünə məhz bu gün gəlmək istədilər. Onlar bu konsertdə sevgidən bəhs edən bütün mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, Leonid və Anjelika Rusiya estradasının ən parlaq simalarındandır. Bu cütlük heç bir zaman yenilik etməkdən çəkinməyib. Son zamanlar isə Anjelika rokda Leodin isə latınamerika üslubunda mahnılarda özləri sınayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə