Zöhrə Abdullayeva: “Mənə elə gəlir ki, ömrümün payızıdır”-AÇIQLAMA

Zöhrə Abdullayeva: “Mənə elə gəlir ki, ömrümün payızıdır”-AÇIQLAMA
Azərbaycanın tanınmış müğənnisi Zöhrə Abdullayevanın sənəti tərk etməsi xəbəri artıq hər kəsə məlumdur. SİA-ya açıqlama verən Zöhrə xanım qərarının detallarından danışdı: "Artıq səhnənin dadı-duzu qalmayıb. Ləzzəti yoxdur. Axırıncı solo konsertimdə bütün zal dolmuşdu. Hər biri də musiqini duyanlar idi. Mənim yubileyim və sənətdə olmağımın 30 illiyidir. Bir də ki, artıq vidalaşmaq vaxtıdır".

Maraqlıdır, Zöhrə Abdullayeva özündən sonra nə qoyub gedəcək?-sualına müğənni belə cavab verdi: "Çox şeylər qalacaq. Gənclərin həvəsi olsa öyrənəcəklər. Sənəti sevən hər kəs məndən nəyisə öyrənə bilərlər. Mənim əsasən Musiqi Fondunda səsyazmalarım çoxdur. Bir çox dəyərli romanslar və təsniflər oxumuşam. Udulmaz bəstəkarlarımızın mahnılarını ifa etmişəm. Hər zaman çalışmışam ki, məndən sonra nəyisə bir irs qalsın. Qoy məni də yad edəndə, görsünlər ki, mən də vaxtı ilə xalqımız üçün yaşayıb, yaratmışam. Oxumağına oxuyacağam. Amma səhnədə olmayacağam. Düzdür, deyə bilmərəm ki, qocalmışam, mən hələ gəncəm. Nə də iraq olsun, deyə bilmərəm ki, ölümcül xəstəyəm dünyadan köçürəm. Yox, hər şey yaxşıdır. Ancaq düzünü desəm, heç kəs bilməzdi ki, Məmmədbağır 55 yaşında dünyasını dəyişə bilər. Mən onu görəndən sonra, nə isə bir işlər görmək üçün çox tələsirəm. Elə bil, mənə elə gəlir ki, ömrün payızıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə